
“gece.ws” xəbər verir ki, konsert zamanı bərbərini səhnəyə dəvət edən Mert Demir elə səhnədəcə bığlarını qırxdırıb.
Müğənninin imic dəyişikliyi səhnənin yanındakı böyük ekranlarda da nümayiş olunub.
Bığlarını qırxdırdıqdan sonra səhnədən qısa müddətlik ayrılan Mert Demir konsertin ikinci hissəsində yeni görünüşü ilə tamaşaçıların qarşısına çıxıb. Onun bığsız imici alqışlarla qarşılanıb.
Gecənin digər diqqətçəkən anı isə Kibariyenin səhnəyə çıxması olub. İki sənətçi birlikdə “Karakış” mahnısını ifa ediblər.
Konserti izləyənlər arasında Mert Demirin sevgilisi Serenay Sarıkaya ilə yanaşı, Merve Dizdar, Cihan Ayger, Zeynəb Artukmaç, Mert Yazıcıoğlu və Simge Sağın da olub.