Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 14:18 | Baxılıb: 5065
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.

“gece.ws"in məlumatına görə, o, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra “The Sun” nəşrinə danışıb. 

Koxalski özünü İngiltərə klublarına təklif edib: “Mənim ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”. 

Xatırladaq ki, Mateuş Koxalski Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.