Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.25.2026 | 21:47 | Baxılıb: 1328
Böyük Britaniyada Kral lll Çarlzın iqamətgahlarını qoruyan 23 polis əməkdaşı haqqında araşdırma başlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.

Bildirilib ki, London polisi may ayının ortalarında kral ailəsinin mühafizəsi ilə bağlı ciddi intizam pozuntuları barədə məlumat aldıqdan sonra yoxlamalara başlayıb.

İddialara əsasən, xüsusilə Vindzor qəsrində növbədə olan bəzi əməkdaşlar postda yatıb, bəziləri isə xidmət saatlarında şəxsi işləri ilə məşğul olmaq üçün ərazini tərk edib.

Hazırda 23 polis əməkdaşına qeyri-peşəkar davranışla bağlı xəbərdarlıq edilib.

Onlardan 21-i araşdırma müddətində vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edilib ki, həmin əməkdaşlar təkcə Vindzor qəsrində deyil, həmçinin Bukinqem sarayında da xidmət ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.