Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 03:13 | Baxılıb: 6581
Krım yarımadası üzərində “An-26” hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

“gece.ws"in xəbərinə görə, TASS agentliyinə qəza yerindən məlumat verən mənbə təyyarənin qəzaya uğradığını təsdiqləyib.

İlkin məlumata görə, təyyarə qayaya çırpılıb.

Hadisə martın 31-də, Moskva vaxtı ilə saat 18:00 radələrində planlaşdırılmış uçuş zamanı baş verib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, təyyarə ilə əlaqə qəfil kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Sonradan qəza yeri müəyyən edilib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində olan 6 heyət üzvü və 23 sərnişinin hamısı həlak olub.

Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hazırda hadisə yerində xüsusi hərbi komissiya araşdırma aparır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.