Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.20.2026 | 22:30 | Baxılıb: 2826
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (KTM) ağır xəstələrin daşınması üçün istifadə olunan xərəyin (katalkanın) tibbi standartlara uyğun olmadığı, onun PVC plastik boruların birləşdirilməsi ilə hazırlandığına dair görüntülər yayılıb.

Sözügedən görüntülərlə bağlı “gece.ws"in sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, KTM-in Radiologiya şöbəsində istifadə olunan təkərli xərək (katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.

“Qeyd edək ki, maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur.

Əlavə edək ki, bu, dünya praktikasında da istifadə olunan, aşağı büdcəli və səmərəli həllərdən biridir”, - deyə o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.