Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.02.2026 | 22:45 | Baxılıb: 1142
İspaniyanın Sevilla şəhərində küçədə unudulan 150 min avroluq tablo süni intellekt sayəsində tapılıb.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, tablonu tapan 57 yaşlı Andres Hurtado onu atılmış əşya hesab edərək çərçivəsi üçün evinə aparıb.

Məlumata görə, o, süni intellektlə şəkli araşdırıb və əsərin məşhur ispan rəssamı Xoakin Sorolyaya məxsus orijinal tablo olduğunu öyrənib.

Daha sonra itirilmiş tablo ilə bağlı xəbərləri görən Hurtado əsəri polisə təhvil verib.

Tablo sahiblərinə qaytarılıb, ailə isə ona təşəkkür edərək mükafat verəcəyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.