Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.18.2026 | 03:23 | Baxılıb: 6006
İsrailin Baş naziri Benyamin Netanyahu İranla davam edən gərginlik fonunda diqqətçəkən açıqlama ilə çıxış edib.

“gece.ws” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu Təl-Əvivdə yerləşən Kirya hərbi kompleksində yüksəksəviyyəli təhlükəsizlik toplantısı keçirib. Görüşdə müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi Eyal Zamir və “Mossad”ın direktoru David Barnea iştirak ediblər.

Netanyahu çıxışı zamanı İranın yüksəkvəzifəli şəxslərinin öldürülməsi ilə nəticələnən hücumları xatırladaraq, təhlükəsizlik əməliyyatlarının davam etdiyini bildirib.

İran xalqına müraciət edən Netanyahu İsrailin hava əməliyyatlarının davam etdiyini vurğulayıb və iddia edib ki, İran rəsmiləri şəhər meydanları və əsas nöqtələrdə hədəf alınır.

O, yaxınlaşan Novruz münasibətilə insanları küçələrə çıxmağa səsləyib:

“Bayramı qeyd etməyə davam edin. Biz yuxarıdan izləyirik. Küçələrə çıxın, sizi qoruyacağıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.