Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2026 | 00:30 | Baxılıb: 2634
İrəvanın mərkəzi küçələrindən birinin altından keçən elektrik kabeli həddindən artıq yüklənmə səbəbindən partlayıb.

“gece.ws” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin müvəqqəti idarəçisi Romanos Petrosyan sosial şəbəkə hesabında məlumat verib.

R. Petrosyan bildirib ki, isti hava şəraiti ilə əlaqədar bu mövsümdə elektrik enerjisinə olan tələbat və yüklənmə kəskin artır, bu da paylayıcı şəbəkədəki hava xətlərində və kabellərdə qəza hallarını qaçılmaz edir. Baş verən insidentdən dərhal sonra ərazidə qəza-bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrin Ermənistan seqmentində müzakirələrə səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.