
“gece.ws” xəbər verir ki, bununla bağlı keçirilən iclasda AFFA İntizam Komitəsinin fevralın 11-də verdiyi qərar ləğv edilib.
Tovuz klubuna tətbiq olunan 10 min manatlıq cərimə də 6 min manata düşürülüb.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev hakimi itələdiyinə görə cəzalandırılmışdı. AFFA İntizam Komitəsi türkmənistanlı mütəxəssisə 4 oyunluq cəza verib, klubunu 10 min manat cərimələmişdi.