Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 23:45 | Baxılıb: 4030
Kürdəmirdə ağır yol qəzası baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb. 

Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 22-si saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) xəstəxanaya hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.