Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 19:42 | Baxılıb: 1920
Bakı-Qazax magistralının Kürdəmir ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil yanıb.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Atakişili kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Ford” markalı avtomobil qəfildən yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.