Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.24.2026 | 14:54 | Baxılıb: 7776
Atletikanın qaçış növü üzrə ikiqat paralimpiya və dördqat dünya çempionu Lamiyə Vəliyeva sağlamların Polşanın Torun şəhərində keçirilən qapalı məkanda dünya çempionatında uğursuz çıxış edib.

“gece.ws” xəbər verir ki, 23 yaşlı idmançı yarımfinala da çıxa bilməyib.

O, 60 metr məsafəyə qaçışda gücünü sınayıb. Lamiyə finişə 7.65 saniyəyə gəlməklə 8 idmançı arasında sonuncu olub.

5-ci qrupdan yarımfinala vəsiqəni isə Dina Eyşer-Smit (Böyük Britaniya), Ana Azevedo (Braziliya) və Zo Hobs (Yeni Zelandiya) qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.