Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.18.2026 | 21:45 | Baxılıb: 2534
İranın Ali Lideri Müctəba Xamenei bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qatilləri əməllərinin əvəzini ödəyəcəklər.

“gece.ws” xəbər verir ki, onun açıqlamasını “Tasnim” agentliyi yayıb.

“Şübhəsiz ki, belə bir şəxsiyyətin öldürülməsi onun əhəmiyyətinə və İslam düşmənlərinin ona qarşı bədxahlığına dəlalət edir. Hər bir qan tökülməsinin öz qiyməti var ki, şəhidlərin cinayətkar qatilləri bunu tezliklə ödəməli olacaqlar”, - İran lideri xəbərdarlıq edib.

Xamenei Laricaninin yaxınlarına başsağlığı verib və onun görkəmli şəxsiyyət olduğunu qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.