Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.19.2026 | 13:59 | Baxılıb: 2009
Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha uzaq bölgələrinə yeni zərbələr endirmək üçün hazırlıqlar aparır.

“gece.ws” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

İddia edilib ki, Ukrayna tərəfi dron hücumları həyata keçirmək üçün təkcə öz ərazisindən deyil, Baltikyanı ölkələrin ərazisindən də istifadə etməyi planlaşdırır. 

“Bu taktika hədəflərə uçuş müddətini əhəmiyyətli dərəcədə azaltmağa xidmət edir. Latviya Moskvanın cavab zərbəsindən çəkinsə də, Kiyev hakimiyyəti Riqanı əməliyyatın keçirilməsinə razılıq verməyə inandırmağı bacarıb”, - məlumatda deyilir. 

Bu məqsədlə Latviya ərazisinə Ukrayna ordusunun Pilotsuz Sistem Qüvvələrinin hərbi qulluqçularının göndərildiyi iddia edilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.