
“gece.ws” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə İslam Respublikası ətrafında yaranmış kritik hərbi-siyasi vəziyyət diqqət mərkəzində olub.
Məlumata görə, Sergey Lavrov bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətindəki səylərinin Yaxın Şərqdə uzunmüddətli sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O vurğulayıb ki, vəziyyətin normallaşması üçün ilk növbədə ABŞ ultimatum dilindən imtina etməli və məsələni diplomatik danışıqlar müstəvisinə qaytarmalıdır.
Xatırladaq ki, aprelin 1-də Lavrov Rusiyanın münaqişənin həllində rəsmi vasitəçi kimi çıxış etməyə tam hazır olduğunu bəyan etmişdi.