Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 21:21 | Baxılıb: 3115
Lənkəran Rayon Mərkəzi Xəstəxananın direktoru işdən çıxarılıb.

“gece.ws"in məlumatına görə, direktor Nuridə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən azad olunub.

O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, N. Məmmədova 2025-ci ilin avqust ayından Lənkəran RMX PHŞ-nin direktoru vəzifəsinə təyin olunub. Onun işdən uzaqlaşması ilə bağlı ərizəsini təqdim etməsi yaşayış yerini dəyişməsi göstərilir.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.