Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 09:32 | Baxılıb: 795
Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“gece.ws” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar saat 12:00-dan 14:00-dək Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov, Şəkər Aslan küçələri, həmçinin Raypo, Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.