
“gece.ws” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili “Mercedes-Vito” markalı mikroavtobusla toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan “Mercedes-Vito” yol kənarında hərəkətsiz vəziyyətdə dayanan təcili tibbi yardım avtomobilinə çırpılıb.
Nəticədə Gərmətük qəsəbə sakinləri – 1995-ci il təvəllüdlü Ruslan Məmmədzadə və 1997-ci il təvəllüdlü Elşən İbadzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov

