Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Leo Nikolyan Ermənistana buraxılmayıb - Foto
 
						Leo Nikolyan Ermənistana buraxılmayıb 
							 - Foto
Əlavə olunub: 04.23.2024 | 12:05 | Baxılıb: 1876
Fransada yaşayan erməniəsilli jurnalist Leo Nikolyanın Ermənistana girişinə qadağa qoyulub.

“gece.ws” “News.am”a istinadən xəbər verir ki, Nikolyan İrəvanın “Zvarnots” aeroportunda aclıq elan edib. 

“Mən Ermənistandan getməyəcəyəm, elə buradaca, “Zvarnots” aeroportunda pasport yoxlanışı bölməsində aclıq elan edirəm”, - deyə jurnalist qeyd edib.

O bildirib ki, onun Ermənistana girişinin qadağan olunması ilə bağlı özünə hər hansı məlumat verilməyib: “Ola bilsin Voskepardakı (Əskipara – red.) hadisələri işıqlandırdığıma görə belə bir qərar verilib. Mən Voskeparda olmuşam”.

Nikolyan, həmçinin 1991-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşadığını və orada yaralandığını qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.