
“gece.ws” xəbər verir ki, müvafiq sənəd dərc edilmiş hüquqi aktların rəsmi internet portalında dərc olunub.
Sənədə əsasən, məşhur rus yazıçısı Lev Tolstoyun nəticəsi, 1972-ci ildə İsveçdə anadan olmuş Daniil Tolstoya Rusiya vətəndaşlığı verilib.
Bundan başqa, Rusiya imperatoru I Pyotrun silahdaşı, qraf Aleksandr Menşikovun nəslindən olan Nikolas Sampsidis və 1877-78-ci illər Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı Nestor Genkonun nəslindən olan Nikolay Genko da vətəndaşlığa qəbul edilib.