Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 11:50 | Baxılıb: 719
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə bəyanat yayıb.

“gece.ws” xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında paylaşılan bəyanatda deyilir:

“Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk. Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.