Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Liftdə köməksiz qalan vətəndaş xilas edildi - Video
 
						Liftdə köməksiz qalan vətəndaş xilas edildi 
							 - Video
Əlavə olunub: 04.24.2024 | 12:23 | Baxılıb: 884
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“gece.ws” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açmaqla liftdə köməksiz vəziyyətdə qalan vətəndaşı xilas ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.