Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 08:47 | Baxılıb: 2566
Şanlıurfanın Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 16-ya yüksəlib.

“gece.ws” xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, 14 apreldə baş verən insidentlə əlaqədar araşdırmalar davam edir.

Qeyd olunub ki, aparılan əməliyyatlar nəticəsində ümumilikdə 16 şübhəli saxlanılıb və onlara qarşı hüquqi prosedurlar davam etdirilir.

İstintaq çərçivəsində hadisənin bütün detalları araşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.