Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.23.2026 | 15:52 | Baxılıb: 1592
Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva hökuməti istefa verib.

“gece.ws” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar 20-ci hökumətin keçirdiyi son iclasda üzvlərin ümumi razılığı ilə qəbul edilib.

“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var. Dövlətin və xalqın rifahı üçün çox işlər görmüşük”, - Baş nazir çıxışında bildirib.

Hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməli olub.

Qeyd edək ki, İnqa Ruqinien 2025-ci ilin avqust ayında Baş nazir təyin edib. Onun rəhbərlik etdiyi hökumət isə ötən ilin sentyabr ayında Seymdə and içərək vəzifəsinin icrasına başlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.