
“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Litva Prezidenti Gitanas Nausedanın müşaviri Frederikas Yansonas açıqlayıb.
“Dövlət başçısı və prezident ofisinin əməkdaşları sığınacağa köçürülüblər”, - o deyib.
Analoji tədbirlər ölkənin parlamenti olan Seymdə, həmçinin hökumətdə də görülüb.
Litva ordusunun komandanlığı əhaliyə də sığınacaqlarda gizlənməyi tövsiyə edib.
“Sığınacaqlarda gizlənmək və həyəcan siqnalının ləğvini gözləmək lazımdır”, - ordunun məlumatında deyilir.
Qeyd edək ki, sözügedən təhlükəsizlik tədbirləri radarların qeydə aldığı pilotsuz uçuş aparatının ölkənin şərq sərhədi yaxınlığında uçuşu ilə bağlıdır. Dronun Belarusun hava məkanında olduğu bildirilir.