Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 17:57 | Baxılıb: 920
Litva Prezidenti Gitanas Nauseda yıxılaraq xəsarət aldığını etiraf edib. 

“gece.ws” xəbər verir ki, dövlət başçısı bu barədə hadisənin necə baş verdiyi haqqında danışarkən bildirib.

“Mən düz yerdə, qonaq otağında sürüşüb yıxıldım. Başım bərk mebelə toxunub əzildi. Əlimlə zərbənin gücünü azaltmağa çalışdım, amma iti bir əşyaya ilişdim, buna görə də əlimin yumşaq toxumaları kəsildi. Sinir ciddi şəkildə zədələnsə də, qopmamışdı”, - Nauseda jurnalistlərə açıqlamasında deyib. 

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Litva Prezidentinin əlindəki kəsilmiş yara səbəbilə əməliyyat olunduğu barədə xəbər yayılmışdı. Onun əməliyyatdan sonrakı gecəni xəstəxanada keçirdiyi bildirilirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.