Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.11.2026 | 03:13 | Baxılıb: 1311
Livan və İsrail səfirləri çərşənbə axşamı ABŞ-də görüşərək, atəşkəsin elan edilməsi və birbaşa danışıqlara başlanması məsələsini müzakirə edəcəklər.

“gece.ws” xəbər verir ki, bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər ilk telefon danışığı zamanı Vaşinqtonda görüş keçirmək barədə razılığa gəliblər.

Görüşün ABŞ Dövlət Departamentində baş tutacağı gözlənilir.

Livan rəsmiləri vurğulayıblar ki, birbaşa danışıqlar yalnız atəşkəs qüvvəyə mindikdən sonra mümkün olacaq.

İsrailin Vaşinqtondakı səfiri də Livanla “rəsmi sülh danışıqlarının” başlayacağını təsdiqləyib, lakin İsrailin “Hizbullah”la atəşkəs müzakirə etməyəcəyini bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bu qərarın Livan hökumətinin təkrar müraciətlərindən sonra verildiyini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.