Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2026 | 16:50 | Baxılıb: 885
Livanın cənubunda “Hizbullahla hərbi toqquşmalar zamanı İsrail ordusunun 10 hərbçisi yaralanıb. 

“gece.ws” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. 

“Livanın cənubunda baş verən döyüşlərdə üç İsrail əsgəri ağır yaralanıb, daha bir əsgərin yaraları orta dərəcəlidir. Hadisə nəticəsində daha altı əsgər isə yüngül yaralanıb”, - bəyanatda deyilir.

Həmin hərbçilərin tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə edildiyi bildirilir. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.