
“gece.ws” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin elm və texnologiya naziri Gila Qamliel açıqlayıb.
“Ümid edirəm ki, bu addım nəticədə Livanın bir ölkə olaraq çiçəklənməsinə və inkişafına gətirib çıxaracaq”, - o deyib.
İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Qamliel bu danışıqlar üçün uzun müddətdir hazırlıq getdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında İsrail və Livan liderləri arasında danışıqların baş tutacağını açıqlamışdı.