“gece.ws” xəbər verir ki, Premyer Liqanın lideri niderlandlı mərkəz müdafiəçisinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna kimi "qırmızılar"ın formasını geyinəcək.
Qeyd edək ki, “Liverpul” Vircil van Deyki 2018-ci ilin yanvar ayında “Sauthempton”dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi görüşdə 4 qol vurub, 1 assist edib.