Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.10.2026 | 23:21 | Baxılıb: 1973
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Liverpul” matçında dramatik hadisələr yaşanır.

“gece.ws” xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmanın 7-ci dəqiqəsində “Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina hesabı açıb.

Oyunun ikinci hissəsində isə hər iki tərəf aktiv hücum futboluna üstünlük versə də, VAR sistemi və hakimin qərarları matçın gedişatına ciddi təsir göstərib. Belə ki, 62-ci dəqiqədə “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhen rəqib qapısına yol tapsa da, qol epizodun əvvəlində Barış Alper Yılmazın oyundakənar vəziyyətdə olması səbəbindən qeydə alınmayıb.

71-ci dəqiqədə isə “Liverpul” hesabı bərabərləşdirməyə çox yaxın olub. İbrahima Konate topu tora daxil etsə də, VAR yoxlamasından sonra topun futbolçunun əlinə dəydiyi müəyyən edilib və qol ləğv olunub.

Hazırda İstanbul təmsilçisi 1:0 hesablı üstünlüyünü qoruyur.

***

Oyun “cim-bomun” minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.