
“gece.ws” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.
Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
***
APA-nın məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları və vəziyyətləri məlum olub.
Belə ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Həsənova Gülər Həsən qızı, 2004-cü il təvəllüdlü Xəlilova Nərmin Vüqar qızı və 2024-cü il təvəllüdlü Xəlilova Elza Şahmaz qızıdır.
Onların hazırda Kliniki Tibbi Mərkəzdə müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.