Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.03.2025 | 10:35 | Baxılıb: 1571
İtaliyanın “Napoli” klubunun futbolçusu Romelu Lukaku “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.

“gece.ws” xəbər verir ki, 32 yaşlı belçikalı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.

Buna səbəb kimi forvardın zədəli olması göstərilib. Hazırkı İtaliya çempionu “Mançester Yunayted”dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.

Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.