Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.25.2026 | 11:06 | Baxılıb: 2339
Belarus Prezident Aleksandr Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir. 

“gece.ws” “BelTA”ya istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

Ümumilikdə Lukaşenkonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri çərçivəsində təxminən 10 müxtəlif sazişin imzalanması planlaşdırılır.

Belarusun xarici işlər naziri Maksim Rıjenkovun sözlərinə görə, hazırda ölkəsi dostlar axtarır, mövcud vəziyyət isə Minsk və Pxenyanı bir-birinə daha da yaxınlaşdırır.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.