
“gece.ws” xəbər verir ki, bu haqda “BFMTV” məlumat yayıb.
Subasma Luvrun texniki xidmətləri tərəfindən “fövqəladə hal” kimi təsnif edilib. Bu, “Duchâtel” kimi tanınan 707-ci nömrəli otaqda baş verib. Orada əsərlərə ciddi ziyan dəyib.
Üst mərtəbələrdən birində baş verdiyi güman edilən əhəmiyyətli su sızmasına boru xətası səbəb ola bilər. Məlumata görə, 706-dan 708-ə qədər olan zallar hazırda bağlıdır.
Xatırladaq ki, ötən il oktyabrın 19-da naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.