Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.12.2026 | 21:21 | Baxılıb: 5983
Bu gün Macarıstanda parlament seçkiləri üçün səsvermə keçirilib.

“gece.ws” xəbər verir ki, səsvermə artıq başa çatıb, lakin rəsmi yekun nəticələr hələ açıqlanmayıb.

İllərdir hakimiyyətdə olan Baş nazir Viktor Orbanın əsas rəqibi, müxalif Peter Maqyarın liderlik etdiyi “Tisza” Partiyasıdır.

İlkin məlumatlara görə, seçicilərin təxminən 74%-dən çoxu səs verib ki, bu da rekord göstərici sayılır.

Səsvermədən sonrakı ilkin exit-poll nəticələrinə görə müxalifətin üstünlüyü davam etməkdədir.

Qeyd edək ki, bu seçkilər Macarıstan üçün dönüş nöqtəsi hesab olunur və nəticələr ölkənin həm daxili siyasətinə, həm də Avropa İttifaqı ilə münasibətlərinə ciddi təsir edə bilər.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.