Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.23.2026 | 09:00 | Baxılıb: 5479
İspaniya La Liqasının 29-cu turunda Madrid derbisi baş tutub.

“gece.ws” xəbər verir ki, “Real Madrid” doğma meydanda “Atletiko Madrid”i məğlub edib.

3:2 hesabı ilə bitən qarşılaşmada “Real”ın qollarını Vinisius Junior (52 və 72-ci dəqiqələr) və Federiko Valverde (55-ci dəqiqə) vurub. “Atletiko”da isə Ademola Lukman (33-cü dəqiqə) və Naüel Molina (66-cı dəqiqə) qapıçını keçməyi bacarıb.

Qarşılaşmanı izləyənlər arasında “Real”ın sabiq ulduzu Kriştianu Ronaldo da olub. O, “Santayqo Bernabeu”da keçmiş komandasının qələbəsinə şahidlik edib.

Bu qələbə ilə “Real Madrid” xallarını 69-a çatdırıb. La Liqanın turnir cədvəlinə 4 xal fərqlə “Barselona” liderlik edir.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.