Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 19:35 | Baxılıb: 2592
Uzun müddətdir zədəli olan “Kayzerslautern”də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanlara qayıdıb.

“gece.ws” xəbər verir ki, futbolçu 2-ci bundesliqanın 23-cü turu çərçivəsində “Proyssen Munster”lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Matç Emrelinin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22 fevral “Proyssen Munster” – “Kayzerslautern” - 2:3 Qollar: Y.Hoyer, 21, 87 - M.Ritter, 9-pen; 40, N.Bassett, 45+1 Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.