Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.21.2026 | 01:25 | Baxılıb: 651
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.

“gece.ws” xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.

Mahir start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İstedadlı futbolçu qarşılaşmanın 27-ci dəqiqəsində səhnəyə çıxaraq komandasının bərabərlik qolunu vurub. Gərgin keçən matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu, Emrelinin “Rakuv”un heyətində Konfrans Liqasında 2-ci, ümumilikdə isə 3-cü qoludur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.