Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.09.2025 | 23:03 | Baxılıb: 1306
Fransanın yeni Baş nazirinin adı açıqlanıb.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Prezidenti Emmanuel Makron bu vəzifəyə silahlı qüvvələr naziri Sebastyan Lekronu təyin edib.

Lekronu siyasi partiya liderləri ilə məsləhətləşmələrdən sonra gələcək nazirlərin siyahısını dövlət başçısının təsdiqinə təqdim edəcək.

Makron  ona ölkə büdcəsinin qəbulu və qarşıdakı aylarda qərarların qəbulu üçün zəruri olan razılıqların əldə edilməsi məqsədilə parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı tapşırıb.

Qeyd edək ki, Lekornu 2017-ci ildə prezidentlik kampaniyası zamanı Makron tərəfindən qurulan “İntibah” partiyasının üzvüdür. O, sağ mərkəzçi Respublikaçılar partiyasından qoşulub. 2017-ci ildən ölkə hökumətində müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə xarici ərazilər naziri təyin edilib. 2022-ci ilin may ayından Fransa Silahlı Qüvvələrinin naziri vəzifəsində çalışır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.