
“gece.ws” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında məlumat paylaşılıb.
“Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon danışığı zamanı biz Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik”, - Prezidentin paylaşımında bildirilib.