“gece.ws” xəbər verir ki, bu barədə İsrailin milli telekanalı “Kan” məlumat yayıb.
Məlumata görə, Makron İsrailə qısamüddətli səfər etmək istəyib, lakin Netanyahu səfəri Fransanın Fələstin dövlətini tanımaqdan imtina etməsi ilə şərtləndirib. Makron isə onun bu tələbi ilə razılaşmayıb.
Qeyd edək ki, daha öncə Fransa rəhbəri sentyabrda BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstini rəsmən tanıyacağını bəyan etmişdi.