Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.03.2025 | 20:47 | Baxılıb: 2646
Fransa Prezidenti Emmanuel Makron ölkənin şimalındakı “Le Touquet-Paris-Plage”dəki villasını satıb.

“gece.ws” xəbər verir ki, bu haqda “Le Canard Enchaine” nəşri yazıb.

“Paris notariusunun ofisində Bricit Makron “Le Touquet”dəki ailə evinin alqı-satqısı üçün müqavilə imzalayıb. Alqı-satqı müqaviləsinə əsasən sövdələşmə 3,6 milyon avroya bağlanıb”, - məqalədə deyilir.

Nəşrin məlumatına görə, villa “Oxial” şirkəti tərəfindən alınıb. Binanın premium mağazalarının olduğu ticarət obyektinə çevrilməsi planlaşdırılır.

Məlumata görə, həmin villa Bricit Makrona məxsus idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.