Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 14:08 | Baxılıb: 7227
Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

“gece.ws” xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı X.Rəhmanov 1981-1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən Maliyyə Nazirliyində işləyən X.Rəhmanov bu təyinatadək qurumun Aparat rəhbərinin müavini vəzifəsini tutub.

O, 2012-ci ildə Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.