Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 13:03 | Baxılıb: 7939
Azərbaycan Maliyyə Nazirliyinin kollegiyasının tərkibinə dəyişiklik edilib.

“gece.ws” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib.

Kollegiyanın sədri maliyyə naziri.

Kollegiyanın üzvləri:

- Azərbaycan maliyyə nazirinin birinci müavini;

-  Azərbaycan maliyyə nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri;

- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri;

- Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri;

- Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru;

- Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.