Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Mançester Yunayted” və “Tottenhem” yarımfinalda
 
						“Mançester Yunayted” və “Tottenhem” yarımfinalda
Əlavə olunub: 04.18.2025 | 02:23 | Baxılıb: 2083
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“gece.ws” xəbər verir ki, keçirilən oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşib.

“Mançester Yunayted” Lion “Olimpik”i ilə cavab matçında dramatik qələbəyə sevinib. “Tottenhem” isə “Ayntraxt”ı tək qolla yenərək mərhələ adlayıb.

“Latsio” da “Budyo Qlimt”lə bacarmayıb. Norveç təmsilçisi penalti seriyasında sevinən tərəf olub.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) 2:0 (İlk oyun - 0:0)

“Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) 5:4 (İlk oyun - 2:2)

“Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) 0:1 (İlk oyun - 1:1)

“Latsio” (İtaliya) - “Budyo Qlimt” (Norveç) 3:1 (penaltilər 2:3) (İlk oyun - 0:2)

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.