Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.14.2026 | 10:33 | Baxılıb: 1758
Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş barəsində araşdırma başladılıb.

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ABB sədrinin 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyə resurslarından, nəqliyyat vasitələrindən qanunsuz istifadəsi ilə bağlı yayılan iddialardır.

Qərardan sonra bələdiyyə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, sənədlərdə Yavaşın nəqliyyat vasitələrindən istifadə ilə bağlı birbaşa təlimat verdiyini göstərən heç bir fakt yoxdur: “Buna baxmayaraq, fərziyyələrə əsaslanaraq, məsuliyyəti təyin etməyə cəhdlər olunur”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.