Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.24.2026 | 14:53 | Baxılıb: 4549
Bakıdakı marketlərdən birindən 181 manatlıq oğurluq olub.

“gece.ws"in məlumatına görə, baxış zamanı oğurlanan məhsulların 3 butulka araq, kolbasa və pendir olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisə ilə bağlı 47 yaşlı R.A barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

R.A ifadəsində deyib ki, həmin gün çox ac olub. Ürəyi yeyib-içmək istədiyi üçün də mağazadan ərzaq oğurlayıb. O, hakimdən həbs edilməməsini xahiş edib.

Xəbəri rus dilində oxuyun: Украл, выпил — в исправительные работы!

Hakim R.A-nın maddi vəziyyətini, müəyyən xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq pul cəriməsi və həbs qərarı verməyib.

İnzibati xətaya görə onun barəsində 240 saat islah işləri növündə tənbeh tətbiq edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.