Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 20:25 | Baxılıb: 1223
Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar.

Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.