Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.29.2025 | 09:14 | Baxılıb: 2990
Bu gün səhər saat 05 radələrində Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.

“gece.ws” xəbər verir ki, “Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.

***

FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hadisəyə avtobusun mühərrikində yaranan nasazlıq səbəb olub:
“Oktyabrın 29-u saat 04:45-də Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında "Çinar Trans" MMC-nin istismarında olan 99-JK-966 dövlət nömrə nişanlı 160 nömrəli marşrut avtobusunda qarajdan başlanğıc dayanacağa (sərnişin olmadan) gedərkən mühərrikdə yaranan nasazlıq səbəbindən alovlanma baş verib. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.